Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir

0

  •                  Çoxəsrlik tariximizə nəzər
    salsaq görərik ki, Azərbaycan qadını tarix boyu öz fədakarlığı, analıq keydiyyəti
    ilə milli dəyərlərimizin inkişafına böyük töhvələr verib. Qadınlarımız tarix
    boyu gözəl ana olmaqla yanaşı, savaş meydanında, klassik ədəbiyyat yaratdığı
    nümunələrlə, dövlət idarəçiliyində məharəti ilə də öz gücünü, qüdrətini, zəkasını
    nümayiş etdirib.                Bildiyimiz kimi, Şərqin
    ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə
    qadınlarımız seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında
    yaxından iştirak etməyə başlamışlar. Dünyanın bir çox ölkələrinin qadınlarından
    əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə
    qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər
    verir. Azad cəmiyyətimizdə qadınlarımız sürətlə maariflənərək ictimai-siyasi həyatda
    fəal ediblər. Ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı
    kimi bu mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində böyük xidmətlər göstərmişlər.
    Bu gün də Azərbaycan xanımları dövlətçiliyimizin inkişafı naminə tariximizin
    yaddaşına yazılan müdrik analarımızın qoyduğu adət-ənənəni, nümunəvi xüsusiyyətlərini
    daşıyırlar.

    Keçmişimizin unudulmaz
    səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin,
    ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan
    xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də
    xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. 

    Analarımız
    torpaqlarımızın ərazi bütövlüyü və müdafiəsi uğrunda igid övladlar böyüdərək
    onları vətənpərvər ruhda tərbiyə edirlər. Vətənin də bir ana olduğunu
    övladlarına aşılayan analarımız bu müqəddəs amal uğrunda çalışmağın hər kəsin
    borcu olduğunu uşaq yaşlarından övladlarının fikrinə, düşüncəsinə salırlar. Məhz
    bu təbliğin, bu ruhun yüksək səviyyədə aşılanmasının nəticəsidir ki, Vətən
    müharibəsində Azərbaycan gəncləri torpaqlarımızın düşmən tapdağı altından azad
    edilməsi uğrunda igidliklə döyüşlərə atıldılar. Övladları şəhid olan
    analarımız, həyat yoldaşı, qardaşı şəhid olan bacılarımız qürur və fəxr hissi
    ilə başlarını dik tutaraq təki Vətən yaşasın dedilər.

    Azərbaycan qadını arxa
    cəbhədə də öz hünərləri, fədakarlıqları ilə döyüşçülərimizə arxa-dayaq oldular.
    Xocalı dərdli Nəzakət Salmanova Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi
    oldu. Xocalı soyqırımında anası, bacısı, bacısının altı yaşlı oğlu, qardaşı şəhid
    olmuş Nəzakət ana sözün əsl mənasında özünü oda verərək isti çörəklərini, yeməklərini
    əsgərlərimizə pay etdi. Əlləri çörək qoxulu nuranə ana arxa cəbhəmizin böyük
    dayaqlarından oldu. 

    Bir Xocalı qadını kimi
    qeyd etmək istəyirəm ki, həm Xocalının müdafiəsində, həm də Xocalı soyqırımı
    zamanı qadınlarımız torpaqlarımıza bağlı layiqli vətəndaş, fədakar ana, Azərbaycan
    kişisinin qeyrət və namusunu öz canından artıq tutan bir bacı kimi düşmənə göz
    dağı olublar. Bunlara misal olaraq soyuq, qarlı meşədə düşmənin Xocalı sakinlərinin
    yerini bilməməsi üçün öz körpəsini boğaraq səsini dayandıran qadınımızı, əsirlikdə
    qızlarımızın üzünü tanınmaz hala salan analarımızı, yeri gələndə əllərinə silah
    alaraq döyüşən qadınlarımızı göstərmək olar.

     Çağdaş Azərbaycan
    qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru,
    xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik
    olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin
    mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər
    istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər
    Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların
    ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi,
    bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi
    kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan
    qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə
    qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük
    hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən,
    torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən
    dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü
    tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində
    Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

    Azərbaycan
    Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
    Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq
    aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım
    Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm
    ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer
    tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm,
    qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım
    Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun fəaliyyəti milli-mənəvi
    dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə
    daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir.

    Ölkənin Birinci
    vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi
    yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının
    mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə
    malik olduğunun bariz nümunəsidir.

    Azərbaycanda dövlət
    qadın siyasətinin davam etdirilməsi sayəsində qadınınların cəmiyyətdə yeri və
    nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların
    cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan
    qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil
    olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak
    edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

    Qadınlarımızın aktiv fəaliyyəti
    həyatın bütün sahələrini əhatə edir. Qürurverici haldır ki, hazırda Azərbaycan
    Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi
    tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən
    qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə
    çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

    8 Mart - Beynəlxalq
    Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində
    dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan
    qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar
    verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. Bu il də Azərbaycan
    Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8
    Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 07 mart 2022-ci il tarixli Sərəncamına
    bir qrup xanımlar “Tərəqqi” medalı ilə təltif edilmişdir. Eyni zamanda ölkə
    başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik
    ünlanlayıb.  Lamiyə
    Qarayeva, 

    Xocalı
    rayon İcra Hakimiyyəti başçısının müavini, 

    İctimai-siyasi
    və humanitar məsələlər şöbəsinin müdiri

     

     

     

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib50 dəfə
    Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti fədakarlığı ilə seçilmişdir

    Maraqlı gələ bilər